Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Altı yaşlı oğlan bacısını güllələdi

Rusiyanın Saratov vilayətinin Volsk şəhərində 6 yaşlı oğlan ov tüfəngindən atəş açaraq 4 yaşlı bacısını qətlə yetirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, faktla bağlı “Ehtiyatsızlıqdan adam öldürmə” maddəsi üzrə cinayət işi başlanıb.

İlkin ehtimala görə, qardaş oynayarkən evdə saxlanılan ov tüfəngini tapıb və təsadüfən açaraq bacısını öldürüb.   

Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.   

Rusiya CM-nin “Ehtiyatsızlıqdan adam öldürmə” maddəsi 2 ilədək həbs cəzasını nəzərdə tutur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...