Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yunanistan və Türkiyə arasında kiber müharibə başladı - 300-dən çox...

Yunan haker qrupu Türkiyənin bir çox saytlarına hücuma başlayıb. 
BiG.AZ qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, yunanların “Anonymous Greece” haker qrupu 300-dən çox türk saytını hak etdiklərini açıqlayıblar. Amma bununla kifayətlənməyəcəklərini də bildiriblər. Onlar hədəflərində Türkiyə birja və banklarının da olduğunu deyiblər.
Kiber hücumların Yunanıstanın baş naziri Aleksis Çiprasın saytının dağıdılmasına cavab olaraq edildiyi deyilir. 

Qeyd edək ki, kiber müharibə üçün bəhanə Yunanıstanın İstanbuldakı Müqəddəs Sofiya kilsəsində Qurani-Kərimin oxunması etiraz etməsi ilə başlayıb. Etirazdan sonra türk hakerlər Yunanistan baş nazirinin saytını dağıdıblar. Yunanlar da bunu cavabsız qoymayacaqlarını, yüzlərlə türk saytını dağıdacaqlarına deyiblər. 
Yunan hakerlər işə ilk olaraq iki türk telekanalının və Tayyib Ərdoğan Universitetin saytına hücum etməklə başlayıblar. 
Yunanistan və Türkiyə arasında kiber müharibə başladı - 300-dən çox...

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...