Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

6,2 bal gücündə zəlzələ baş verdi - Dağıntı və ölənlər VARMI?

Sakit okeanda, Tonqa Krallığı sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Geologiya Xidmətinin məlumatında bildirilir.

Zəlzələnin episentri Tonqanın paytaxtı Nukualofa şəhərindən 209 km şimal-qərbdə, ocağı isə 38 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...