Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Göyərtəsində 150 turist olan gəmi batdı - ölən və itkin düşənlər var YENİLƏNİB

Kolumbiyanın Quatape şəhəri yaxınlığında turist gəmisinin batması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 3 nəfərin öldüyü, 30 nəfərin itkin düşdüyü bildirilirdi.

“Qəza nəticəsində 9 nəfər ölüb, 28 nəfər itkin düşmüş hesab edilir”, deyə Medelyin şəhərinin fövqəladə hallar departamentinin direktoru Marqarita Monkada qeyd edib.

İlkin ehtimala görə, hadisəyə gəminin həddən artıq yüklənməsi səbəb olub. Həmçinin göyərtəsində 150 sərnişin olan gəmidə xilasedici jiletlər olmayıb. 

***

Kolumbiyada turist gəmisinin batması nəticəsində azı 3 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 30 nəfərin itkin düşdüyü bildirilir.

Göyərtəsində 150 turistin olduğu gəmi ölkənin şimal-qərbində, Quatape şəhəri yaxınlığında batıb.

İlkin ehtimala görə, hadisəyə gəminin həddən artıq yüklənməsi səbəb olub.

***

Kolumbiyada göyərtəsində 150 turist olan gəmi batıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin şimal-qərbində, Quatape şəhəri yaxınlığında baş verib.

İnsidentin təfərrüatı və səbəbləri barədə hələ ki, məlumat verilmir. Hadisə yerində hərbçilərin iştirakı ilə xilasetmə əməliyyatı başlayıb.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...