Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ prezidentinin qızı oğurluqda ittiham olunur

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp oğurluqda ittiham olunub.
Mynews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Aquazzura” ayaqqabı brendi İvanka Trampı onların vizit kartı sayılan modellərinin sürətini çıxartmaqda günahlandırıb. Bundan başqa İtalyanın məşhur brendi “Aquazzura” bəyan edib ki, onların modelləri 780 dollardır, prezidentin qızı isə brendə məxsus olan fasonların təqlidini daha ucuz qiymətə – 150 dollara satıb. Məlumata görə, İvanka Trump bu satışdan yüksək qazanc əldə edib.
Məhkəmənin tələbi ilə İvanka bu ilin oktaybr ayının sonlarınadək gedib ifadə verməlidir. Məhkəmə İvankanın bunu Nyu-Yorkda deyil, Vaşinqtonda etməsinə icazə verib. Bu ittiham 2016-cı ilin iyununda meydana çıxıb.
Xatırladaq ki, İvanka və onun əri Cared Kuşner hazırda prezidentinin köməkçiləri vəzifəsini tutur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...