Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Portuqaliya polisindən turistlərə qarşı vəhşilik - VİDEO

Portuqaliya polisi Albufeyra və Alqarvi kurortlarında britaniyalı turistlərə qarşı güc tətbiq ediblər.

Mynews.az-ın məlumatına görə, hadisənin videosunu Daily mail nəşri dərc edib.

Qeyd olunur ki, hüquq-müdafiə orqanlarının əməkdaşları “Portuqaliyanın işğalı ” adlı festivala kütləvi iğtişaşlar barədə məlumatlardan sonra gəliblər. Hadisə yerinə gələn 50 polis əməkdaşı turistlərə qarşı dəyənəklərdən istifadə ediblər, həmçinin havaya atəş açıblar.

Britaniyalı qadın turistin sözlərinə görə, polisin zorakılığına heç cür haqq qazandırmaq olmaz. O bildirib ki, polis əməkdaşları sadəcə kafeyə girərək orada olan insanları vəhşicəsinə döyməyə başlayıblar. İnsident zamanı iki turist və iki polis xəsarət alıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...