Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kiyevdə yüksək vəzifəli zabitin avtomobili partladıldı - VİDEO

Kiyevin Solomensk rayonunda hərəkətdə olan avtomobil partlayıb.

Mynews.az-ın xəbərinə, bu barədə çərşənbə axşamı, iyunun 27-də, Apostrof nəşri məlumat yayıb.

Hadisə Solomensk və Mexanizatorlar küçələrinin kəsişməsində baş verib. Qəza anı müşahidə kameraları tərəfindən qeydə alınıb. İnsident nəticəsində avtomobilin sürücüsü ölüb. 

Ukrayna Daxili İşlər Nazirliyi kommunikasiya idarəsinin direktoru Artyom Şevçenko hadisəni terror aktı kimi qiymətləndirib. 

Onun sözlərinə görə, partlayış nəticəsində ölən şəxs 1978-ci il təvəllüdlü, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xüsusi təyinatlı dəstəsinin rəhbəridir. 

Hadisə yerində polis əməkdaşları araşdırma aparırlar.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...