Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşuqəsinə hicab geydirib arvadı kimi təqdim etdi: - Ağılasığımaz XƏYANƏT - FOTOLAR

Türkiyədə ağılasığmaz bir xəyanətin üstü açılıb. 

Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, Aksaray rayonunda dəmir, polad fabriki sahibi olan Hakan Ç. ilk həyat yoldaşı Özlem Ç.-dan iki uşağı dünyaya gəldikdən sonra katibəsi Fatma Gül C. ilə birlikdə yaşamağa başlayıb. Katibəsindən də 2 uşağı olub. Keçən il katibəsini bıçaqla yaralayıb tərk edən Hakan Ç. bir müddət əvvəl  Gül C. ilə eşq yaşamağa başlayıb. Bu vaxt müflis olan Hakan Ç. sevgilisiylə əməkdaşlıq edərək, ilk həyat yoldaşı Özlem Ç.-ya aid ev və digər mülkləri satışa çıxarmağa qərar verib.

Hicablı olan həyat yoldaşına bənzəməsi üçün hicab geydirdiyi Gül C.-nı notariusa aparan hakan Ç. keçmiş həyat yoldaşının şəxsiyyət vəsiqəsindən istifadə edərək, xanımı olaraq tanıtdığı sevgilisi vasitəsilə vəkalətnamə çıxarıb. Bu vəkalətnamə ilə yoldaşına aid 400 min lirə dəyərində iki torpaq sahəsini satan Hakan Ç. sonra yoldaşının 2 uşağı ilə birlikdə yaşadığı evi də satmağa qərar verib. Polislər şübhəli Ç.-nı izləməyə başlayıb və satışın reallaşacağı anda basqın edən polis qaçmağa çalışan "əri" tutub. Ç. ilə birlikdə sevgilisi Gül C. da həbs olunub.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...