Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İŞİD “cənnətə vəsiqə” verir - FOTOLAR

İŞİD terror qruplaşması öz döyüşçülərinə “cənnətə vəsiqə”lər verir.

Mynews.az  Daily Mail-ə istinadən xəbərinə görə, sənədlərin nümunələri Suriya müxalifət ordusunun nümayəndələri tərəfindən Rakka şəhəri uğrunda gedən döyüşlər zamanı aşkarlanıb.

Qızılı-yaşılı rəngdə olan sənədlərdə ərəb və ingilis dillərində Qurandan sitatlar var. Həmçinin vəsiqələrdə terrorçulara şəhid kəməri və partlayıcılardan istifadə etməklə terror aktları törətməyə çağırışlar yerləşdirilib.

Sənədin üz qabığına “cənnətə vəsiqə” sözləri yazılıb. Sənəd verilərkən döyüşçü əmin edilir ki, əgər o, şəhid olsa, cənnətdə onun üçün yer təmin olunacaq.

Nəşr qeyd edir ki, vəsiqələrdə heç bir ad və soyad yazılmır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...