Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putin Türkmənbaşını təltif etdi

RF prezidenti Vladimir Putin Türkmənistanın lideri Qurbanqulu Berdıməhəmmədovu iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və Mərkəzi Asiya regionunda təhlükəsizliyin təminatına görə “Aleksandr Nevski” ordeni ilə təltif edib. 

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, Rusiya prezidentinin müvafiq fərmanı hüquqi informasiya portalında dərc olunub.  

“Rusiya Federasiyası və Türkmənistan arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfələrə, eləcə də, Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin təminatı istiqamətində göstərdiyi səylərə görə, Qurbanqulu Berdıməhəmmədov Məlikquliyeviç “Aleksandr Nevski” ordeni ilə təltif edilsin”, - sənəddə deyilir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...