Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

16 kq-lıq uşaq doğuldu

ABŞ-ın İndiana əyalətində ilginc hadisə baş verib.

Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, Vitni adlı qadın 16 kiloqram ağırlığında uşaq dünyaya gətirib. Veylon Koul Hallet adı verilən körpənin boyu 62,23 santimetrdir. Doğumdan sonra uşaq 7 həftəlik nəfəs alma və qidalanması üçün xəstəxanada saxlanılıb, sonra isə evə buraxılıb.

Valideynləri Veylonun digər körpələrindən daha çox yatdığını, buna baxmayaraq sağlam olduğunu, oyandıqdan sonra isə daim gülümsədiyini bildiriblər.

Qeyd edək ki, dünyanın ən ağırçəkili körpəsi 1879-cu ildə doğulub və 22 kiloqram çəkisi ilə "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...