Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avropada istirahət üçün az kəşf edilmiş məkanlar

“MasterCard” şirkəti Avropada istirahət üçün az kəşf edilmiş 19 məkanın adını açıqlayıb.

Mynews.az xəbər verir ki, Sey-yah.com-un məlumatına görə, reytinq tərtib olunan zaman səyahət bloggerlərinin, turizm ekspertlərinin və “MasterCard” şirkətinin gündəlik məlumatlarından istifadə olunub. 

Həmçinin, gündəlik xərclər, gözəllik və sıxlıq kimi meyarlar da nəzərə alınıb.

Siyahıda Şəki şəhəri 18-ci sırada yer alıb. Unikal mədəniyyəti və mətbəxi ilə zəngin Azərbaycanın son illərdə turistlər arasında populyarlıq qazandığı və Şəkinin İslam memarlığı və mozaikalarla dolu olduğu bildirilib.

“Şəkidə orta səviyyəli restoranda adam başına düşən yeməyin qiyməti 15 avro, 3 ulduzlu oteldə gecələminin dəyəri isə 15 avrodan ucuzdur”, – şirkətin məlumatında qeyd edilib.

Reytinqdə ilk sırada İspaniyanın Asturiya bölgəsi qərarlaşıb. Şirkət bu bölgədəki Covadonga monastırını Avropanın ən gizli xəzinəsi adlandırıb. Təmiz plyaja sahib bölgədə orta səviyyəli restoranda qiymət 18 avro, iki nəfərlik 3 ulduzlu otel otağının dəyəri isə 25 avrodur.

Siyahıda növbəti yerlərdə Maltanın Mdina və Zebbug tikilisi, Avstriyanın Halştad qəsəbəsi və Portuqaliyanın Azor adaları qərarlaşıb.

Oxu.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...