Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Homoseksual evliliklər o ölkədə də rəsmiləşdi

Almaniya Parlamenti homoseksualların evliliyinə icazə verən qanun layihəsini bu gün qəbul edib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, qanun layihəsinə millət vəkillərinin 393-ü lehinə, 226-sı isə əleyhinə səs verib. Kansler Angela Merkel də qanunun əleyhinə səs verənlər sırasında olub.

Qanunun bu ilin sonuna qədər qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, Merkel uzun müddət bu qanunun əleyhinə olub. Lakin bu yaxınlarda qanun layihəsinin müzakirəyə çıxarılmasına icazə vermiş və millət vəkillərini “vicdanlarının səsini” dinləməyə çağırmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...