Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ukraynalı qızlar canlı yayımda avtomobil qəzasına düşdülər - VİDEO

Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, İzyum şəhərində "İnstaqram" şəbəkəsində canlı yayım edən iki qız avtomobil qəzasına düşüb.

Məlumata əsasən "BMW" markalı avtomobilin sükanı arxasında 24 yaşlı qız əyləşib. Sərnişin qismində isə onun 16 yaşlı rəfiqəsi olub. 

Onlar yolboyu baş verənləri sosial şəbəkəyə ötürür, tamaşaçılara salam göndərir və musiqi dinləyirmişlər. Bundan başqa kadrlardan da görünür ki, sürücü və sərnişin müntəzəm olaraq spirtli içki qəbul edirlər.

Videoda eyni zamanda avtomobilin toqquşma anı da lentə alınıb. Sükan arxasında əyləşən qız xəstəxanaya aparılanda dünyasını dəyişib. Sərnişin isə hadisə yerində keçinib.

Polis təhqiqata başlayıb. Qəzanın səbəbləri hələ açıqlanmır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...