Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

BMT sülhməramlı missiyaların büdcəsini azaldır

BMT-nin Baş Assambleyası iyulun 1-dən başlayacaq yeni maliyyə ili üçün sülhməramlı əməliyyatların büdcəsini təsdiqləyib.  

Mynews.az bu barədə Oxu.Az-a istinadən xəbər verir. 

Sənəddə deyildiyi kimi bütün dünya üzrə 14 missiyanın həyata keçirilməsinə 7,3 milyard dollar sərf ediləcək. Bu isə keçən ilki büdcənin göstəricilərindən 600 milyon dollar azdır.  

BMT-nin əsas donoru olan ABŞ büdcənin ixtisarını alqışlayaraq, daha ciddi qənaətə ümid etdiklərini bildiriblər.

Eyni zamanda BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikbəyan edib ki, maliyyələşdirmənin azalmasına baxmayaraq BMT münaqişə zonalarında sülhün bərqərar olması üzrə tapşırıqların müvafiq şəkildə həyata keçirilməsinə çalışacaq. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...