Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fransada məscid yaxınlığında atışma: - Yaralananlar var

Fransanın Avinyon şəhərində yerləşən məscid yaxınlığında baş verən atışma nəticəsində 7 yaşlı qız uşağı da daxil olmaqla 8 nəfər yaralanıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisənin motivləri məlum deyil.

İnsident Arahma məscidi qarşısında qeydə alınıb.

İlkin məlumata görə, atışmanı “Renault” markalı avtomobil ilə məscidə gələn iki maskalı şəxs törədib.

Polis terror fərziyyəsini tamamilə rədd edib. Atışmanın gənc insanlar arasında şəxsi münasibət zəminində baş verə biləcəyi ehtimal edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...