“Sinyor Robinzon” dünyasını dəyişdi

İtaliyanın komediya aktyoru Paolo Villaco bazar ertəsi Romanın “Cemelli” xəstəxanasında dünyasını dəyişib.
Mynews.az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, 84 yaşlı aktyor xəstəxanaya iki gün öncə yerləşdirilmişdi.
Villaconu dünyaya tanıdan ilk rolu Uqo Fantozzi obrazı olub. Fantozzi ümumiləşdirilmiş İtaliya vətəndaşı, avam və uğursuz mühasib obrazıdır.
Bu personaj İtaliyanın mədəni fenomeninə çevrilmişdi. Villaco satiranın, ifşaedici istehzanın köməyilə cəmiyyəti öz problemləri barədə düşünməyə vadar etmişdi.
Tamaşaçılar onu, həmçinin Sercio Korbuççinin “Sinyor Robinzon” filmindəki rolu ilə tanıyırlar. Film 1976-cı ildə ekrana çıxmış və qısa müddətdə tamaşaçılar tərəfindən sevilmişdi.
Villaco Federiko Fellininin “Ayın səsi”, Lina Ventmüllerin “Çao, professor”, Ermano Olmanın “Qoca meşənin sirri” və s. filmlərdə çəkilmiş, tez-tez teatr səhnəsinə çıxmışdı.
Dünya
- Evinin eyvanında cinsi əlaqəyə girən qadın həbs edildi
- Paşinyan yenə gülünc vəziyyətə düşdü
- Çində vəziyyət gərginləşir - Xəstəliklə bağlı son rəqəmlər heyrətləndirdi
- Zelenskidən Türkiyə haqda şok sözlər - Siz kimin yanındasınız? - VİDEO
- Ukraynada yük təyyarəsi qəzaya uğradı - Ölənlər var
- Türkiyəli qapıçı oyun zamanı dünyasını dəyişdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda qadın qız tanışını oteldə bıçaqladı 1116 dəfə oxunub
- Məşhur aktyor vəfat etdi 1112 dəfə oxunub
- Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO 1111 dəfə oxunub
- Zaur Kamala həmişəlik efir qadağası qoyulsun! - Tələb 1061 dəfə oxunub
- Rayonlara yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ 1056 dəfə oxunub