Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

​İŞİD və “Əl-Qaidə” birləşir - Avropa ŞOKDA

Yaxın vaxtlarda İŞİD və “Əl-Qaidə” terror təşkilatlarının birləşməsi imkanı mövcuddur.

Mynews.az Turaninfo.org-a istinadən xəbər verir ki, bu proqnozla Avropa İttifaqının terrorizmlə mübarizə məsələləri üzrə koordinatoru Jil de Kerşov Belçikanın “Soir” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, faktiki hərbi uğursuzluqlarına baxmayaraq, təşkilat internetdə fəaliyyətini davam etdirir. Siyasətçi bildirib ki, internetdə terrorizmin təbliğatı ilə mübarizə üçün daha çox səy göstərmək lazımdır.

Kerşov əlavə edib ki, Avropa İttifaqının polis xidmətində (“Avropol”) terrorçuların internetdə daimi monitorinqi üçün mütəxəssislərdən ibarət komanda yaradılıb.

“Biz artıq interneti daim izləyən 20 mütəxəssisdən ibarət komandanı təşkil etmişik. Onlar artıq 30 min qanunsuz sayt aşkar etdilər”, - o vurğulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...