Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təbii ehtiyacını okeana ödəyən turisti timsah dişlədi

Meksikanın Kankun şəhərində timsah turistə hücum edərək onun əlinin bir hissəsini qoparıb.

Bu barədə Riviera Maya News portalı yazır.

Hadisə iyulun 2-də gecə saatlarında baş verib. İlkin məlumata görə, Kel Monzon adlı turist içkili vəziyyətdə hoteldən çıxıb və təbii ehtiyacını okeana ödəməyə başlayıb. Bu zaman 40 yaşlı kişiyə timsah hücum edib və onu sağ əlini dişləyib. Turistin səsinə mühafizəçilər gəliblər və ona kömək ediblər.

Xəstəxanaya çatdırılan səyyahın sağ əli dirsəyə qədər amputasiya olunub. Qeyd edilir ki, timsahın hücumuna məruz qalan şəxs ABŞ vətəndaşıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...