Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putin və Trampa görə “Porsche”yə od vuruldu - Almaniyada etiraz - VİDEO

Almaniyada “Porsche”sevərləri dəhşətə gətirən hadisə baş verib.

Mynews.az Oxu.Az-a istinadən verdiyi məlumata görə, dünyanın ən zəngin 20 ölkə liderinin bir araya gəldiyi “G-20” zirvə toplantısının baş tutduğu Hamburq şəhərində lüks “Porsche” avtomobillərinin sərgiləndiyi “Eidelstedt”dəki mərkəzdə yanğın çıxıb.

Yanğının “G-20” toplantısının Hamburqda keçirilməsinə etiraz edənlər tərəfindən başlanıldığı ehtimal edilir.

Yanğın nəticəsində “Porshe” markalı 12 lüks idman avtomobili yanıb. Yanan avtomobillərinin ümumi dəyəri 1 milyon avro hesablanıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...