Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polşada bomba həyəcanı - Minlərlə insan təxliyyə olundu

Polşada Belostok və Qmin yaxınlığında aparılan tikinti zamanı İkinci Dünya müharibəsi dövrünə aid təxminən 500 kiloqram ağırlığında bomba tapılıb.

Mynews.az-ın məlumatına görə, bu üzdən hökumət orqanları ərazidə 10 minədək adamı təxliyə etməyə başlayıb.

Bomba ilə bağlı təhlükənin olmadığı bildirilsə də, onun qaldırılması və çıxarılması zamanı təhlükə yarana biləcəyi ifadə edilib.

Hazırda ərazidə bütün küçələr bağlanıb, bomba aparılarkən adamların harada saxlanacağı yerlər müəyyənləşdirilib. Bombanı kranla qaldıracaq, Ojişə aparıb, poliqonda zərərsizləşdirəcəklər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...