Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çində daşqın: Ölən və yaralananlar var

Çinin Hunyan əyalətində leysan yağışların yaratdığı daşqınlar nəticəsində 83 nəfər ölüb, yaxud itkin düşüb.

Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, o cümlədən 28 nəfər torpaq sürüşməsi zamanı dağıntılar altında qalıb, 13 nəfəri sel aparıb, 22 nəfər ev uçqunu nəticəsində ölüb, 4 nəfər suda boğulub, daha 16 nəfər digər  səbəblərdən həyatını itirib.

İyunun 22-dən etibarən davam edən leysanlar Çinin cənub-şərq bölgəsində 12 milyon insana ziyan vurub. 1,6 milyon nəfər təxliyə edilib, 470 min nəfərin yardıma ehtiyacı var. Təbii fəlakət zamanı 53 min yaşayış evi dağılıb, 350 mininə zərər vurub.

Bölgədə 52 min hərbçi, polis və xilasedicinin iştirakı ilə əməliyyat davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...