Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

VƏHŞİLİK - Hamilə qadını əvvəl zorladılar, sonra öldürdülər - VİDEO

Türkiyənin Sakarya şəhərinin Kaynarca bölgəsində 10 aylıq körpəsi və qarnındakı uşağı ilə birgə öldürülən suriyalı qadının qaçırılma görüntüləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, Mefta Əmani adlı qadına qonşusu Birol K. və Camal B. tərəfindən əvvəlcə təcavüz edilib. Qadının ağlayan körpəsini boğaraq öldürən iki cani daha sonra ananın başını əzərək qətlə yetirib. Qadının hamilə olduğu uşağın həyatını da xilas etmək mümkün olmayıb.

Vəhşi cinayətin ardınca tutulan canilər məhkəməyə çıxarılıb. Məhkəmə cinayətkarlar barəsində həbs qərarı çıxarıb.

Suriyalı ananın cənazəsinə minlərlə insan qatılıb.

***

Türkiyənin Sakarya bölgəsində tükürpədən cinayət hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Kaynarca qəsəbəsində 9 aylıq suriyalı hamilə qadın təcavüzə məruz qalıb. Qadın zorlandıqdan sonra yanındakı 10 aylıq körpə ilə birlikdə qətlə yetirilib.

Hadisənin baş vermə səbəbi də məlumdur. Yaxınlıqdakı toyuq fermasında çalışan iki şəxs qadının əriylə mübahisə edib. Ondan qisas almaq üçün həyat yoldaşını qaçıran cinayətkar cütlük pis əməllərini həyata keçirdikdən sonra daşla qadının başına vuraraq onu öldürüblər. 10 aylıq körpəni də boğublar.

Hadisədən xəbər tutan kimi axtarış-əməliyyat tədbirləri həyata keçirən yerli polis əməkdaşları qısa müddətdə azğın cinayətkarları yaxalayıblar.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...