Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-da tarixin ən böyük aviaqəzasının qarşısı alındı - VİDEO

Dispetçerlər ABŞ-ın San-Fransisko şəhərində müasir aviasiya tarixinin ən böyük qəzasının qarşısını alıblar. 

Mynews.az Publika.az-a istinadən xəbər verir ki, hadisə iyulun 7-də gecə saatlarında baş verib. 

Torontodan uçan “Air Canada” aviaşirkətinin sərnişin təyyarəsi səhvən uçuş-enmə zolağına deyil, bu zolağa paralel olan C zolağına enmək istəyib. C zolağında həmin anda içində sərnişinlər olan 4 layner var idi.

Dispetçerlər vaxtında pilotu dayandırmağı bacarıblar. Təyyarə ikinci cəhddən sonra sağ-salamat yerə enib. Nəticədə heç kim zərər çəkməyib.

“Əgər bu həqiqətdirsə, tarixin ən böyük aviaqəzasına çox yaxın idik. Təsəvvür edin ki, içində sərnişinlərin olduğu dörd təyyarə sərnişinlərlə tamamilə dolu olan bir təyyarə ilə toqquşur. Bunun nəticəsi çox dəhşətli ola bilərdi”, - telekanala açıqlamasında “United Airlines” aviaşirkətinin istefaya çıxmış kapitanı Rossa Aymer deyib.

Aeroport administrasiyası və yerli hakimiyyət hadisənin baş vermə şəraitini araşdırır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...