Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Antarktidadan Uels boyda nəhəng aysberq qopub

Alimlər Antarktidanın qərbində Larsen S buzlağından nəhəng parçanın ayrıldığını və nəticədə tarixin ən böyük aysberqlərindən birinin yarandığını xəbər veriblər.

Mynews.az Report-a istinadən xəbər verir ki, onun sahəsi təqribən 6 min kv.km təşkil edir. Bu isə Uelsin ölçüsü ilə müqayisə oluna bilər.

Alimlər nəhəng aysberqin ayrılmasını uzun müddətdir gözləyiblər. Belə ki, hələ 2011-ci ildə buzlaqda çat aşkar edilib, 2014-cü ildə isə çat sürətlə artmağa başlayıb.

Alimlərin sözlərinə görə, hazırda çatın ölçüsü sürətlə böyüyür, qopan hissəni isə cərəyanlar və külək Atlantik okeanına apara bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...