Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ev, kəniz, 1300 dollar maaş və... - İŞİD-in mühasibat sənədləri ORTAYA ÇIXDI

İraqın federal polisi Mosul şəhərinin qərb hissəsində İŞİD terror təşkilatına aid mühasibat sənədlərini tapıb.

Mynews.az xəbər verir ki, “Sputnik Arabic” agentliyinin əlinə keçən unikal sənədlərdə İŞİD döyüşçülərinin 2016-cı ildə aldığı əmək haqlarının məbləği əksini tapıb.

Sənədlərə əsasən, ödəmələrin məbləği İŞİD döyüşçüsünün ailə statusu və uşaqların sayından asılı olaraq dəyişirdi. Subay kişilər ən aşağı - 72 dollar maaş alırdılar. Onun 40 dolları məhsullar üçün ödənilir, yalnız 32 dollarını döyüşçüyə verirdilər. Evli və 3 uşağı olan batalyon imamı Abu Canı 184, evli və 6 uşağı olan Abu Naser isə 256 dollar alırdı. Ümumilikdə, maaşın məbləği 300 dolları ötmürdü.

Həmçinin məlum olur ki, ailə vəziyyətindən asılı olmayaraq, bütün döyüşçülərə məhsullar üçün təxminən 40 dollar ayrılırdı.

İŞİD-in lider heyətində təmsil olunan döyüşçülər adi ödəmələrdən başqa, qarət edilmiş evlərin əmlakının satışından əldə olunan pulu bölüşdürürdülər. Agentliyin mənbəyi bildirib ki, onların əmək haqları 500 dollar və daha yuxarı təşkil edirdi. Həmçinin qeyd edilir ki, “İŞİD knyazları” ayrı mətbəxdə qidalanır, onlara həmişə ən yaxşı İraq yeməkləri verirdilər.

Terror təşkilatında maliyyə problemləri keçən ilin oktyabrında Al-Kayara şəhərində neft yataqları üzərində nəzarətin itirilməsindən sonra başlanıb.

Qeyd edək ki, “Sputnik” Ninova və Anbar əyalətlərinə nəzarət etdiyi dövrdə İŞİD döyüşçülərinin maaşları haqqında məlumatları dərc edirdi. Agentliyin Mosuldakı mənbələrinin məlumatlarına görə, xarici döyüşçülərə 1300 dollar ödənilir, həmçinin ev, maşın, kəniz və yanacaqla təmin edilirdilər. İŞİD döyüşçüsü olmuş yerli sakinlər 600 dollar alırdılar. Belə yüksək ödənişlər neft yataqları üzərində nəzarət və xam neftin satışı hesabına təmin olunurdu.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...