Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə kazarmada yanğın silah anbarına keçdi: - 10 hərbçinin vəziyyəti ağırdır - FOTOLAR

Türkiyənin Kilis vilayətində "Fərat qalxanı" əməliyyatında iştirak edən hərbçilərin qaldığı konteynerlərdən ibarət kazarmada yanğın baş verib.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, əsən güclü külək nəticəsində yanğın silah anbarına keçib, bir sıra döyüş sursatları partlayıb.

Qatı tüstüdən zəhərlənən 10 hərbçi xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsinə helikopter də cəlb olunub.

Hazırda hansı səbəbdən baş verdiyi araşdırılan yanğın söndürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...