Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abdulla Gül Türkiyədəki vəziyyətdən narahatdır

Türkiyənin 11-ci prezidenti Abdulla Gül fövqəladə vəziyyət rejiminin verdiyi səlahiyyət çərçivəsində imzalanan qanun hökmündə qərarnamələr vasitəsilə universitetlərdən kütləvi xaricedilmələrə münasibət bildirib. A.Gül bu qərarlardan narahat olduğunu deyib: “Xüsusən elm dünyasında, universitetlərdə bu işin sıxlaşması çox narahatlıq doğuran, vicdanı yaralayan vəziyyətdir. Ümid edirəm ki, bunlar sürətlə düzəldiləcək”.

A. Gül yaranmış vəziyyəti kədərlə izlədiyini söyləyib: “Həm vicdan, həm də ədalətə uyğun olmayan bir çox hal görürəm”.

Qeyd edək ki, son qanun hökmündə qərarnamə ilə Türkiyə universitetlərindən 330 professor və müəllim qovulub (APA).

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...