Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədəki hadisələrə görə Bakıda namaz qılınacaq

İyulun 15-də Bakıdakı Heydər məscidində vəhdət namazı qılınacaq.

Mynews.az APA-ya xəbər verir ki, namazda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edəcək.

Vəhdət namazı 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü münasibətilə qılınacaq.

Müxtəlif məzhəblərə mənsub şəxslər birgə namaz qılacaq, hərbi çevrilişin qarşısının alınması zamanı həlak olanlar yad ediləcək, ruhlarına dualar oxunacaq.

Qeyd edək ki, Azərbaycanda bundan əvvəl də bir neçə dəfə vəhdət namazı qılınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...