Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İran metrosunda din xadiminə soyuq silahla hücum: - Yaralananlar var

İran metrosunda din xadiminə soyuq silahla hücum edilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə ölkənin paytaxtı Tehran şəhəri yaxınlığında yerləşən Rey şəhərində baş verib. 

Belə ki, iyul ayının 15-də səhər saatlarında metro stansiyasında naməlum şəxs din xadiminə (molla) bıçaqla hücum edib. Bu zaman ətrafda olan şəxslər münaqişəyə müdaxilə ediblər.

Polis hücum edən şəxsi zərərsizləşdirmək üçün atəş açmağa məcbur olub, nəticədə azı 15 nəfər bıçaq və güllə yarası alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...