Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

12 yaşlı qız "ağaca dönür"

Banqladeşdə yaşayan Muktamoni Hüsseyn "ağac adam" xəstəliyinə tutulub. Valideynlərinin dediklərinə görə, övladları günbəgün "ağaca dönür".

Mynews.az AsiaOne-a istinadən bildirir ki, Muktamoninin döş qəfəsinin sağ tərəfi və sağ qolu sürəkli şişir, qaralır, dəri ağac qabığını xatırladan "qılaf"la örtülür.

Muktamoni dözülməz ağrılar çəkdiyini deyir.

Qızın atası İbrahim Hüsseyninin dediyinə görə, qızı indi paytaxt Dəkkədəki Tibb Kollecinin hospitalında (Dhaka Medical College Hospital) müalicə olunur.

Həkimlər Muktamoninin verrusiformlu epidermodispaliziyaya (epidermodysplasia verruciformis) mübtəla olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

Xəstəliyin səbəbi orqanizmdə iki anomal gendir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...