Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təyyarə sərt eniş etdi - yaralılar var - VİDEO

Baykal gölündə, Olhon adası yaxınlığında "Cessna-172R" yüngülmühərrikli təyyarə sərt eniş edib. Müstəntiqlər faktla bağlı yoxlamalara başlayıblar. 

Mynews.az avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Şərqi Sibir Nəqliyyatda İstintaq İdarəsinin Mətbuat xidməti məlumat verib. 

Hadisə dünən axşam baş verib. İlkin məlumata əsasən, təyyarənin göyərtəsində pilot və üç sərnişin olub. Onlar bədən xəsarətləri alıblar. Zərər çəkmiş 2 nəfər yerli qəsəbə xəstəxanasına yerləşdirilib. 

Təyyarə Baykal gölünün sahilyanı hissəsində qismən batıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...