Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sevgilisini döyən boksçuya ömürlük həbs - VİDEO

Keçmiş sevgilisini yataqda başqa bir kişi ilə tutan “Döyüş maşını” ləqəbli boksçu Con Koppenhaver onu ölümcül döyüb.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, peşəkar boksçu Con Koppenhaver model Kristi Makenin dişləri daxil olmaqla, bədənində 18 sümüyü qırdığı üçün ömürlük həbs cəzasına məhkum edilib.

2014-cü ilin avqust ayında keçmiş boksçu sevgilisi ilə əlaqəsinin bitməsindən sonra model Kristy şirkət sahibi olan Korey Thomas ilə eşq yaşamağa başlayıb. Bunu görən boksçu qısqanclıqdan dəliyə dönüb. Boksçu Kristinin evinə girib, yataq otağında onu yeni məşuqu ilə tutub. Əsəblərinə hakim ola bilməyən boksçu sevgilisini yumruqlamağa başlayıb.

Əvvəllər də adam oğurluğu, zorlama və fiziki işgəncə kimi 29 müxtəlif cinayəti olan boksçu məhkəmədə etdiklərindən peşmanlıq duyduğunu söyləməsinə baxmayaraq, bağışlanmayıb. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...