Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"O milyarder qızı ərimi tovladı, ailəmizi dağıtdı" - FOTOLAR

"Dünyanın ən yaraşıqlı canisi" kimi mediada və sosial şəbəkələrdə tanınmış amerikalı Ceremi Miks britaniyalı milyarder, TopShop şəbəkəsinin sahibi Filip Qrinin qızı Xloya Qrində Almaniyanın Dortmund şəhərindədir.

Mynews.az bildirir ki, 33 yaşlı C.Miks və 26 yaşlı H.Qrin partiyə qatılıblar.

Ceremi Minks həyat yoldaşı, 8 ildən bəri nikahda olduğu 38 yaşlı Melissa Qrini isə ərindən boşanır. O, məhkəməyə müvafiq ərizə ilə müraciət edib.

Dortmunddakı "Rush Hour" gecə klubunda çəkilmiş şəkilləri M.Miks şərh etməkdən boyun qaçırıb.

Üç övlad anası, tibb bacısı işləyən Melissa Miksin sözlərinə görə, artıq sabiq saydığı ərinin kimlə, harada və necə əylənməsi onu əsla maraqlandırmır.

"Ərim adi, sadə insan idi. Həbsxanadan çıxandan sonra onun model karyerasına başlaması, aldığı pullar və təkliflər Cereminin başını döndərib. O, reallıq hissini itirib. O, ailəmizi dağıtdı. Uşaqlar atalarını gözləyirlər, onu soruşurlar. Onlara nə deyim?! O milyarder qızına gəldikdə isə.. Hansı normal qadın ailəsi olan kişini belə tovlayar, sonra da əməllərindən fəxrlə bəhs edər ki... Təbii, nikahımız, ailə münasibətlərimiz ideal deyildi. Fəqət, hər şeyi xilas edə biləcəyimizi düşünürdüm. Alınmadı", - Melissa Miks söyləyib.

Milli.Az 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...