Gürcüstanda NATO təlimləri keçiriləcək
İyulun 30-da Gürcüstanda NATO hərbi təlimlərinə start veriləcək.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Layiqli tərəfdaş 2017” hərbi təlimləri avqustun 12-dək davam edəcək. Paytaxt Tbilisinin yaxınlığındakı Vaziani hərbi aerodromunda startı veriləcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2.8 min hərbçi iştirak edəcək.
Təlimlərdə Almaniya istehsalı “GTK Boxer” zirehli transportyor, ABŞ istehsalı olan “Abrams” tankları, “Bradley”, “Stryker” piyada maşınları və “C-130” hərbi təyyarələrindən istifadə olunacaq. Təlimlər “Norio” hərbi bazasında da keçiriləcək.
Gürcüstanda üçüncü dəfə keçiriləcək “Layiqli tərəfdaş 2017” hərbi təlimlərinin əsas məqsədi sabitliyin təminatı, müdafiə və hücumun təmin edilməsi əməliyyatlarında bacarıqları təkmilləşdirmək, Gürcüstan və NATO-ya üzv ölkələrin silahlı qüvvələri arasında əməkdaşlığı dərinləşdirmək, NATO qüvvələrinin məşğələ imkanlarını yüksəltmək, habelə NATO ölkələri arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Hərbi təlimlərin açılışında ABŞ vitse-prezidenti Mayk Pensin iştirak etməsi gözlənilir.
M. Pensin Gürcüstan prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşlər keçirəcəyi bildirilir.
M. Pens Gürcüstana Avropa turnesi çərçivəsində səfər edəcək. O, Estoniya və Monteneqroya da səfər edəcək.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 987 dəfə oxunub
- Emin Ağalarov söz verdi 987 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 985 dəfə oxunub