Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hindistanın prezidenti “toxunulmaz” oldu

Hakim partiya Bxaratiya (Hindistan Xalq Partiyası) tərəfindən namizədliyi irəli sürülmüş Ram Natx Kovind Hindistanın yeni prezidenti seçilib.  

Mynews.az-ın məlumatına əsasən, bu barədə seçki komissiyası məlumat yayıb. NDTV telekanalının verdiyi xəbərə əsasən, Kovind seçicilərin 65%-nin səsini toplayıb. 

Qeyd edək ki, Kovind Hindistanın sayca 14-cü prezidenti oldu. O, həmçinin mənşəcə dalit (Hindistanda ən aşağı kasta olan “toxunulmazlar” belə adlandırılır) olan ikinci prezidentidir.   

Kovind yeni vəzifəsinin icrasına iyulun 25-dən başlayacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...