Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Harın, qəddar, tərbiyəsiz ərəb şahzadəsi həbs olundu - VİDEO

Səudiyyə Ərəbistanında şahzadə Səud bin Əbdüləziz bin Müsaid bin Səud bin Əbdüləziz əl Səud həbs olunub.

Rəsmi açıqlamaya görə o, "əxlaqsızlığa, tərbiyəsizliyə, qəddarlığa və insan mənəviyyatı ilə bir araya sığmayayan davranış"da suçlanaraq tutulub.

Mynews.az bildirir ki, şahzadənin həbsinə Səudiyyə Ərəbistanını kralı Salman ibn Əbdül Əziz ibn Əbdürrəhman əl Səud qərar verib.

Şahzadənin həbsinə səbəb onun qəddarlığı və əxlaqsızlığına dəlalət edən videoların sosial şəbəkələrdə yayılmasıdır.

Videolar çoxdur.

Bu videolarından birində şahzadə sürücülərindən birini söyür, sonra təpiklə başına vurub yerə yıxır. Üst-başı, sifəti qan içində olan sürücü yalvarsa da, şahzadə onu söyməyə və vurmağa davam edir.

Digər videoda şahzadə xidmətçilərindən birini "Kalaşnikov" avtomatı ilə hədələyir, sonra atəş açır. Atəş nəticəsində xidmətçi sağ qulağından məhrum olur.

Başqa videoda şahzadə bağbanı döyür, söyür, yumruqlayır və təpikləyir.

Digər videoda şahzadə qulluqçu qadını küçə söyüşləri ilə söyür, təhqir edir.

Səudi kralı videoları görən kimi şahzadənin həbs olunmasını tələb edib.

Rəsmi açıqlamalara görə, tərbiyəsiz, harınlamış şahzadə Şəriət məhkəməsində mühakimə olunacaq və ən ağır cəza alacaq.

Milli.Az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...