Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyə Ordusundan həlledici hücum: yüzlərlə ölü var - VİDEO

Əl-Bab şəhərində şiddətli döyüşlər gedir, qan su yerinə axır

Türkiyə Ordusu və suriyalı müxaliflərin bu gün Əl-Bab şəhərinin mərkəzinə daxil olduğu və burada İŞİD terrorçu qruplaşmasının üzvləri ilə şiddətli döyüşlərin getdiyi bildirilir.

İstiPress-in məlumatına görə, France Presse agentliyi xəbər verir ki, Türkiyənin dstəklədiyi müxalif qüvvələr Əl-Bab şəhərinin şimal-qərbindəki silah anbarlarını, idman komplesklərini ələ keçiriblər.

Türkiyə SQ-nin başlatdığı “Fərat qalxanı” əməliyyatları zamanı 172 gündə 2705 İŞİD terrorçusu məhv edilib, 329 məhəllə və 1910 kilometr ərazi terrorçulardan tamamilə azad olunub."Doğan" xəbər agentliyi isə bildirir ki, Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Suriyanın rejim qüvvələri Əl-Babın 60%-ni İŞİD terrorçularından təmizləyiblər. Bu gün baş verən şiddətli döyüşlərdə İŞİD yüzlərlə itki verib, Türk ordusundan 1 əsgər şəhid olub, biri isə yaralanıb.

Bəşər Əsədin ordusu isə Əl-Baba cənubda hücuma keçib. Rusiya Müdafiə Nazirliyi bu gün axşam saatlarında bəyan edib ki, Suriya ordusu Əl-Babda Türkiyə ilə əvvəldən razılaşdırdığı bölgəyə qədər ərazini terrorçulardan təmizləyib.

Məlumata görə, Əsəd qüvvələri Əl-Babın 1 kilometr cənubundakı Tadif qəsəbəsini ələ keçirib. Tadifdə 650 terrorçu öldürülüb, iki tank, dörd zirehyli texnika, 18 ağır zirehli texnika məhv edilib.

Əl-Bab şəhəri İŞİD terrorçularının strateji nöqtələrindən biridir. Terrorçular burada nəzarəti itirsələr Rəqqa şəhərinə gedən yeganə yol əllərindən çıxacaq. Özlərinə paytaxt elan etdikləri Rəqqa şəhəri mühasirə vəziyyətinə düşəcək.

Şəhəri əldən verməmək üçün İŞİD terrorçuları qalxan kimi istifadə etdiyi dic sakinləri öldürməyə başlayıb. Son məlumatlara görə, İŞİD terror qruplaşmasının üzvləri Əl-Bab şəhərində 40 dinc sakini edam ediblər.Dinc sakinlər girov götürüldükdən dərhal sonra qətlə yetiriliblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...