Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-dan Rusiyaya sərt sanksiya - Avropa ayağa qalxdı

ABŞ Konqresinin nümayəndələr Palatasının əksəriyyəti iyulun 25-də Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.  

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. 

Bu qərarı həm ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi partiyanın üzvləri, həm də demokratlar fəal şəkildə dəstəkləyiblər. 

Sonra sənəd Senatda baxışa çıxarılacaq, daha sonra imza üçün prezidentə təqdim ediləcək. 

Senat rəhbərliyi Konqresin yuxarı palatasının qanun layihəsini nə zaman nəzərdən keçirə biləcəyini açıqlamayıb. Ağ evdən bəyan ediblər ki, prezident bu sənədi imzalamaq barədə hələ qərar verməyib. Bundan başqa, sanksiyalar paketini yenidən nəzərdən keçirmək tələbi ilə ABŞ müəssisələrinin nümayəndələri də çıxış etmişdilər. Yeni sanksiyalar Avropada tənqid atəşinə tutulub. Həmçinin məlum olub ki, Avropa İttifaqı Moskvaya qarşı tətbiq edilən yeni sanksiyalara cavab verə bilər. Əsasən də Aİ Amerika şirkətlərinin Avropa banklarında kreditlərə çıxışını məhdudlaşdıra bilər.  

Qanun layihəsi sanksiyaların ləğv edilməsinə dair prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını və bu məsələlərdə son sözün konqresə məxsus olmasını nəzərdə tutur. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...