Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Otağında intihar edən qızın Facebook statusu görənləri dəhşətə gətirdi - FOTOLAR

Türkiyənin Uşak rayonunda ötən axşam ailə problemlərinə görə 20 yaşlı Gizem Gökçay atasının təzyiq, şəkər və ürək dərmanlarını içərək intihar edib.

Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, evdə uzun müddət Gizemi görə bilməyən yaxınları otağına daxil olduqda gənc qızı yatağında hərəkətsiz görüblər. Vəziyyət dərhal polis və təcili yardıma bildirilib. Xəstəxanaya çatdırılan qız orada həyatını itirib. 

İntihara səbəb kimi qızın valideyinlərinin ayrılması göstərilir. 

Gizem Gökçayın sosial şəbəkədə paylaşdıqları diqqət çəkib

Polisin hadisə ilə əlaqədar başlatdığı istintaq davam edərkən, qızın sosial şəbəkə hesabındakı "sevimli sözlər" bölməsində paylaşdığı bu yazı diqqət çəkib: "Məndən getmiş ola bilər bədənin. Qopmuş ola bilərsən .. Hər şeyi unudub, həyatı yaşamış ola bilərsən .. Günün birində gələrəm ağlına. İz buraxanlar unudulmaz deyərlər, səndə bir izim var və unudulmaz ... Unutduğunu zənn, xoşbəxt olduğunu güman edə bilər. Qəhqəhələr atıb, gülüşlərinin keyfini çıxardığını da. Lakin məni deyil, özünü aldadarsan. Ən gözəl yuxunun arasında, ən cilvəli sözlərinin arasında, ən gözəl mühitin küncündə! Qəflətən vuraram beyninə. Alaram ağılını. Necə ki, qarışıq dünyanı yaşayarkən, heç kimə və heç bir şeyə əhəmiyyət vermədiyim bir məqamda həyatıma girdin. Məni məndən aldın! Belə ki, həyatını səndən alacam. Öldükdə xilas olacağını sanma! Ölülər bu dünyadan yalnız bədənlərini aparır... Əslində bunun bir tək yolu var, o da məndən keçir. Yaxşı... Amma sənə bu yaxşılığı edə bilmərəm. Mənim içimdə sən bitdin! Adamına görə rəftarı sən öyrətmişdin mənə. Səndən əvvəl sağlam idim, indi sapsağlamam qarşında və cəza növbəsi məndədir, yoxam artıq. Yox ol! Sonsuza qədər. Xoş seyrlər diləyirəm, həyatıma uzaqdan baxanlara ".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...