Azərbaycanda Ay və Günəş tutulmaları baş verəcək
Gələn ay bu ilin növbəti Ay və Günəş tutulmaları baş verəcək.
Mynews.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, cari ilin ikinci Ay tutulması avqustun 7-də olacaq. Onun sözlərinə görə, proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq: “Proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisəni Azərbaycandan da izləmək mümkün olacaq. Belə ki, gün batandan sonra Ay tutulmasının bir hissəsini görmək imkanı yaranacaq”.
X. Mikayılov qeyd edib ki, bu ilin ikinci Günəş tutulması avqustun 21-də baş verəcək. O bildirib ki, Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə sona çatacaq: “Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayacaq. Tutulma Kanada, Cənubi Amerikanın şimalında, Sakit və Atlantik okeanlarında və ABŞ-da müşahidə ediləcək”.
Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 958 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 917 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 909 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 908 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 905 dəfə oxunub