Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kameron “Titanik” haqda sənədli film çəkir

Rejissor Ceyms Kameron özünün “Titanik” filmindəki mümkün səhvlər haqda sənədli film çəkir.

Mynews.az Kulis.az-a istinadən xəbər verir ki, “Titanik: 20 yaş” adlanacaq filmin premyerası bu ilin dekabrında keçiriləcək.

Məşhur gəmi haqda film 1997-ci ildə ekranlara çıxıb. Lakin bu günə qədər o, müzakirə obyektidir.

Rejissor açıqlamasında “Titanik”i çəkərkən hər bir detalın mümkün qədər dəqiq olmasını arzuladığını deyib: “Mən canlı tarix yaradıram. O gəmidə ölən çoxlu sayda insanın ruhuna hörmət olaraq hər şeyi düzgün çəkməliyəm. Bəs mən hər şeyi düz göstərmişəmmi? İndi “National Geographic”lə son araşdırmalarımla, elm və texnika ilə silahlanıb təkrar qiymətləndirmə aparmaq istəyirəm”, - deyə Kameron sənədli filmini şərh edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...