Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mixeil Saakaşvili ABŞ-dadır

"Mixeil Saakaşvili artıq bir neçə gündür ABŞ-dadır”.

Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Mixeil Saakaşvilinin başçılıq etdiyi “Yeni qüvvələr hərəkatı” (“Rux novıx sil”) Partiyasının nümayəndəsi TASS-a bildirib.

Onun sözlərinə görə, partiya liderinin Ukraynaya qayıtmasının tarixi də məlum deyil.

İyulun 27-də onun tərəfdarları Kiyevdə Müstəqillik meydanında Saakaşvilini müdafiə aksiyası keçirəcəklər.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 26-da Mixeil Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi haqqında Dövlət Miqrasiya Xidmətinin vəsatətini dəstəkləyib. Dövlət Miqrasiya Xidməti həmin vəsatətdə bildirib ki, Gürcüstanın keçmiş prezidenti Ukrayna vətəndaşı olmaq üçün təqdim etdiyi ərizədə yanlış informasiya verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...