Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prokurordan “tualet tikməyə pulum yoxdu” deyən vətəndaşa - "ARVADINI SAT" - VİDEO

Hindistanın Bihar bölgəsinin prokuroru Kanval Tanuj şəhərin mərkəzi meydanında xalqın sağlamlığı üçün ölkədə təmizliyin əhəmiyyətli olması ilə bağlı çıxış edib.

Publika.az xəbər verir ki, çıxışında “Təmiz Hindistan” hərəkatından söz açan Tanuj bunun qadınların ləyaqətinin qoruyucusu olduğunu söyləyib:

"Qadınlarınızın qürurunu qorumaq istəyirsinizsə bunu (təmizlik) edin. Nə qədər kasıb ola bilərsiniz ki?"

Bundan sonra kütlədən bir nəfər Tanuja səslənərək evində tualet tikəcək qədər pulu olmadığını söyləyib. Prokuror buna cavab olaraq, "vəziyyət həqiqətən belədirsə, arvadını sat” deyib.

Onun bu fikirləri sosial şəbəkələrdə sürətlə yayılıb və sərt reaksiya doğurub.

Prokuror bundan sonra açıqlama verərək, fikirlərinin təhrif olunduğunu bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...