Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyanın enerji layihələri fiaskoya uğraya bilər

ABŞ senatı 2014-ci ildən bu yana Rusiya, İran və Şimali Koreyaya qarşı ən sərt iqtisadi sanksiyaları nəzərdə tutan qanunu yekdilliklə qəbul edib.

Mynews.az xəbər verir ki, qanunun qəbulu inşasına yeni başlanan “Türk Axını” layihəsinin reallaşdırılmasını da sual altına salıb.

Qeyd edək ki, qanuna Donald Tramp tərəfindən veto qoyulub. Lakin layihənin ikinci dəfə prezidentin masasının üstünə gələcəyi istisna olunmur.

Bu arada, əsas hədəfi Moskva olan sanksiyalar Rusiyanın enerji sektoru və banklarını əhatə edir. Qanunun qüvvəyə minməsi ilə sanksiya siyahısına daxil edilən rus banklarına verilən kreditlərin müddəti 30-90 gündən 14 günə endiriləcək. Bununla da,  Rusiya beynəlxalq pul bazarı oyunçusu olmaqdan tamamilə uzaqlaşdırılacaq.

Yeni sanksiyalar Rusiyanın enerji sektorunu da kökündən sarsıdacak maddələri irəli sürür. Rusiyanın 33 faiz payı olan bütün neft və təbii qaz layihələri növbəti realizə edilmə mərhələsinə keçir. Bu layihələrə qərbdən maliyyə və texniki dəstək kəsiləcək. Digər tərəfdən, Rusiyadan dünyaya açılan enerji layihələrinə ildə 5 milyon dollar və ya bir dəfəyə 1 milyon dollardan çox investisiya yatıran hüquqi şəxslər Qərbin qara siyahısına daxil ediləcək. 

“Türk axını” boru xəttini çəkən “Allseas” şirkəti ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün işləri dondurmaq istəyir. Hətta “Qazprom” şirkəti belə təhlükənin olduğunu etiraf edib. Şirkətdən o da bildirilib ki, Tramp tərəfindən imzalandıqdan sonra qüvvəyə minməsi gözlənilən qanun Rusiyanın Qərbi Avropa istiqamətində “Şimali Axın-2” layihəsini, Cənubi Avropa istiqamətindəki “Türk Axını” layihəsini dayandıran maddələri özündə əks etidir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...