Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qadın ərini siçan zəhəri ilə öldürdü - Qətlin tükürpədən təfərrüatları - VİDEO

Rusiyada 28 yaşlı Yekaterina Puzikova adlı qadın ona xəyanət edən həyat yoldaşını rus KQB agentlərinin istifadə etdiyi siçan zəhəri ilə öldürüb.

Mynews.az Publika.az-a istinadən xəbər verir ki, qadın zəhəri həyat yoldaşının yeməyinə qatıb.

Banker kimi fəaliyyət göstərən Dmitri həyat yoldaşından kartof püresi gətirməsini rica edib. Yekaterina isə siçan zəhəri qatıdığı yeməyi tərəddüd etmədən masaya gətirib. Həmin gün axşam yeməyinə dəvət edilən qonaqlar da zəhərli yeməkdən yeyib. Qonaqlardan biri zəhərin təsiri ilə infarkt keçirib. Digər iki qonaq isə sadəcə zəhərlənib.

Yekaterinaya qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Məhkəmə qarşısına çıxarılan qadının vəkili Yekaterinanın Rusiyada soyuq müharibə dövründə istifadə edilən zəhəri tapmasının mümkünsüz olduğunu müdafiə etsə də, müttəhim 9 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, sözügedən zəhər növü rus KQB agentləri tərəfindən ölkədən qaçan agentləri öldürmək üçün istifadə edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...