Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gürcüstan Ukraynanın Saakaşvilini ekstradisiya edəcəyinə ümid edir

Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani bildirib ki,  Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtdıqdan sonra Kiyevin ekstradisiya prosesinə başlayacağına ümid edir.

Mynews.az bu barədə Oxu.AZ-a istinadən xəbər verir.

“Bu, hüquqi və istintaq-prokuror prosesidir. Biz Ukrayna tərəfindən müxtəlif bəyanatlar eşitmişik, lakin yalnız bir həqiqət var – Gürcüstan tərəfi vaxtilə hələ Gürcüstan vətəndaşı olan Mixail Saakaşvilinin təslim edilməsini tələb etmişdi. Belə ki, o, parlament deputatı Valeri Qelaşvilini döyməkdə, 9 milyon larinin (3,7 milyon dollardan artıq) israfçılığında, noyabr hadisələrində (2007-ci ildə dinc mitinqin dağıdılması) və “İmedi” teleşirkətinin alt-üst edilməsində ittiham olunur”, - deyə Tsulukiani bildirib və qeyd edib ki, Gürcüstan hələ 2014-2015-ci illərdə Ukraynadan Saakaşvilini ekstradisiya etməsini tələb edib.

Nazirin sözlərinə əsasən, 2015-ci ildə Ukrayna tərəfi Saakaşvilini təslim etməyə razılıq verməyib.

“Görünür, bu gün onlar öz mövqelərini dəyişiblər, Saakaşvili Ukraynaya qayıdan kimi Kiyev ekstradisiya prosesinə başlaya biləcək”, - Tsulukiani vurğulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...