Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan əhalisinin sayı azalıb

Ermənistan əhalisinin sayı 15,2 min nəfər azalıb.

Mynews.az report-a istinadən xəbər verir ki, bu barədə respublikanın Milli Statistika Xidməti məlumat yayıb.

İnformasiyaya görə, 2011-ci ildə həyata keçirilən əhalinn siyahıya alınmasına əsasən, 2017-ci il iyulun 1-də Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib.
Məlumata görə, bu 2016-cı ilin uyğun dövrü ilə müqayisədə 15,2 min nəfər azdır.
Xəbərdə bildirilib ki, 2017-ci ilin ilk 6 ayında doğulanların sayı 6,6 faiz azalaraq, 17 min 169 nəfər, bu müdət ərzində ölənlərin sayı 2,1 faiz artaraq, 14 min 709 nəfər təşkil edib.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...