Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

3 yaşlı qızı zorlayanı üzü üstə uzadıb güllələdi - FOTO

Yəməndə 41 yaşlı Məhəmməd əl-Mahrabi adlı şəxs 3 yaşlı bir qız uşağına təcavüz etdikdən sonra öldürülüb.

Mynews.az xəbər verir ki, Yəməndə polis məmuru 3 yaşlı bir qız uşağını zorlayan şəxsi üzü üstə yerə uzadaraq gülləyib.

Məhəmməd əl-Mahrabi paytaxt Sanaada həbsxana maşını ilə böyük bir kütlənin olduğu meydana gətirilib. Daha sonra meydanın ortasında yerə sərilən bir örtüyün üzərinə əlləri arxadan qandallı şəkildə, üzü üstə uzadılıb. Sonra da bir polis məmuru tərəfindən güllələnib.

Reuters xəbər agentliyinin paylaşdığı kadrlardan adamın yalnız yerə yatırdıldığı və arxasına söykənilən silah anlarının görüntüləri yer alıb. Adamın qan içindəki görüntüsü paylaşılmayıb.

Milli.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...