Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanla sərhəddə erməni hərbçisi yaralandı: İrəvana aparıldı

Bu gün, saat 10:40 radələrində Ermənistanın İcevan rayon tibb mərkəzinə Qeğarkunik vilayətinin Dprabak kənd sakini, 1986-cı il təvəllüdlü müqaviləli hərbçi Armen Mexak Mazlaxanyan köçürülüb.

Mynews.az azvision.az-a istinadən xəbər verir ki, tibb mərkəzindən verilən məlumata görə, o, üz nahiyəsindən yaralanıb. 

Məlumatı Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan da təsdiq edib. Onun hansı şəraitdə və necə yaralanması barədə məlumat verilmir. 

Virtualaz xəbər verir ki, hadisə Azərbaycanla sərhəddə yerləşən postlardan birində baş verib. Yaralının vəziyyəti "orta ağırdır" və İcevan xəstəxanasında müalicəsi mümkün olmadığından İrəvana aparılıb.

Qeyd edəki, son zamanlar erməni hərbi qulluqçular arasında münaqişələr artmağa başlayıb. Xüsusən də məvaciblərini gec alan və buna etiraz edən hərbi qulluqçular ağır bədən xəsarətləri ilə xəstəxanaya göndərilir. Eyni zamanda, cəbhədə xidmət etmək istəməyən bir çox hərbçilər bu yolla ehtiyata buraxılmalarını təmin edirlər.

Son günlər Azərbaycan-Ermənistan sərhədi boyu da gərginlik müşahidə olunur. Ötən bazar günü Ermənstan ordusunun açdığı atəşlə Azərbaycan ordusunun leytenantı şəhid olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...